Komanda ilə işləyərək konseptlər hazırlamaq, bu anlayışların vizual və ya yazılı məzmununun ağılda qalıcı şəkildə çatdırılmasını təmin edə biləcək kopirayter (copywriter) axtarırıq. Əgər aşağıdakı keyfiyyətlərə sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
Öhdəliklər:
- İş, məhsul, marketinq kommunikasiyası strategiyasını anlayaraq lazımi məzmun ideyalarını təmin etmək, unikal konsepsiyaların inkişafı;
- Aylıq sosial media məzmun planlarının hazırlanması və hazırlanacaq məzmun üçün ideyaların təqdim edilməsi (dizaynerə);
Tələblər:
- Yaradıcı düşünmək bacarığı;
- Sosial media və digər marketinq kanallarında ideya və məzmun yaratmaq bacarığı;
- Digital marketing kampaniyalarının yaradıcı perspektivlə zənginləşdirilməsi;
- Sosial media üçün kreativ post ideyalarının təmin edilməsi;
- Azərbaycan dilini mükəmməl bilmək, rus dili və ingilis dili biliyi arzuolunandır
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komanda ilə işləmək bacarığı.