Haqqımızda

1957-ci ildən bəri, mebel sənayesinin qabaqcıl şirkətlərinin illik təcrübəsi və 60 illik nailiyyət yolu ilə mebel sektorunun lideri olmağı bacaran İstikbal Mebel məhsul müxtəlifliyi, dizayn fərqliliyi, keyfiyyət və satış sonrası xidmətləri ilə Türkiyənin prestijli markaları arasında yer tutaraq, sektorun əlavə dəyərini təmin etmək və yeni təşəbbüslər yaratmağa davam edir.

İstehlakçı yönümlü yanaşması ilə sektorun ehtiyac və tələbatlarını hər bir nöqtədə məhsul və xidmətlərində ən yaxşı şəkildə əks etdirən İstikbal Mebel, ev dekorasiyasında yeni meyl və trendləri nəzərdə tutaraq, bütün istehsal və xidmət proseslərini davamlı olaraq təkmilləşdirir. Yenilikçi xətti ilə müasir istehsal və marketinq anlayışını sektordakı təcrübəsi ilə birləşdirən İstikbal, eyni zamanda mebel sənayesindəki standartları daima yüksəltməyi hədəfləyir.

Rahatlıq və keyfiyyəti unutmadan dizayn etdiyi məhsullarını evlərində fərqlilik yaratmaq istəyənlər üçün zəriflik və rahatlıqla birləşdirən İstikbal, xüsusi modellərini geniş çeşidli məhsullarında əks etdirir. Oturma qruplarından yataq otağına, mətbəxdən panel mebellərə, uşaq və gənc otaqlarından ev tekstilinə, işıqlandırmadan xalçaya, bağ mebelindən aksesuarlara qədər xüsusi kolleksiyalar təqdim edən İstikbal, minlərlə məhsulu fərqli zövq və məkanlarla bir araya gətirir.

İstehlakçıların həyatını asanlaşdıran tətbiqləri ilə fərqlilik yaradan İstikbal, eyni dekorasiya yönümlü hər növ ehtiyacları da eyni qrup altında təqdim edən minlərlə kvadratmetrlik yeni “Ev Konsepti” mağazaları ilə sektorunu sürətləndirməyə davam edir və ev konsepsiyası anlayışı çərçivəsində istehlakçı ilə vəhdətini təşkil edir. Ev dekorasiyasının istiqamətini müəyyənləşdirən İstikbal, eyni zamanda sistemli şəkildə təqdim etdiyi uyğun kampaniyaları, fərqli məhsul qruplarındakı endirimləri və kampaniyaları ilə imtiyazlar yaratmaqla istehlakçı üçün hər mənada rahatlığı təmin edir.

İstikbal təqribən minə yaxın mağaza və məhsulları ilə Türkiyəni əhatə etməklə bərabər, eyni zamanda bir dünya markası olma yolunda da sürətlə irəliləyir. Hazırda 70-dən çox ölkəyə İstikbal markası adı altında məhsul təqdim edən İstikbal, Yunanistan, Bolqarıstan, Rusiya, Misir, Almaniya, Qazaxıstan, Rumıniya, İngiltərə və Fransa kimi bir çox ölkədə 110 mağazası və 5000 satış nöqtəsi ilə Türk keyfiyyətinin xaricə ötürülməsini təmin edir. New Jersey-dəki lojistik mərkəzi vasitəsi ilə ABŞ-da bir çox mağazaya məhsullarının satışını həyata keçirən İstikbal, sektordakı yenilikləri və texnoloji inkişafları daim təqib edərək məhsul dizaynı və keyfiyyətində davamlı olaraq yüksəliş edir.

Qısa tarixi

1957-ci ildə Kayseridəki kiçik bir dülgərlik emalatxanasında təməli qapı-pəncərə istehsalı ilə atılan İstikbal, 80-ci illərədək qapı-pəncərə, şkaf, yataq otağı, masa və stul kimi mebel növlərinin istehsalına başladı. Emalatxanalar vəhdət halında toplandıqdan sonra böyük bir zavoda köçürüldü. Bazardakı tələb və təklif balansını yaxşı qiymətləndirən və istehlakçının nəbzini davamlı olaraq tutan İstikbal, yalnız bir açılan divan kimi məhsulla məhdudlaşlaşdırılmayıb, geniş baxış ilə hər il investisiyalarına və məhsul portfelinə yeniklərini əlavə edir. 90-cı illərin sonunda Kayseridə nəhəng bir inteqrasiya təsisi quraraq, İstikbalın dünya markası olması üçün bir addım atıldı. 60 illik təcrübəsi ilə Türkiyənin lider mebel markası olmağa nail olan İstikbal sürətli addımlarla Türkiyə və dünya mebel bazarında uğurlu və qərarlı şəkildə inkişafını davam etdirir.

Dünya keyfiyyət standartlarının istehsalı ilə məşğul olan məhsul keyfiyyəti, paylama şəbəkəsi, satış və satış sonrası xidmət anlayışı ilə istehlakçı ehtiyacları və xoşbəxtliyini ön plana salan İstikbal mebel 1000-lərlə məhsulu Türkiyə miqyasında 1000-ə yaxın kolleksiyasının istehlakçı ilə vəhdətini təşkil etməyə davam edir.

Missiya və vizyon

Missiyamız tədqiqat və inkişaf fəaliyyətimizlə istehlakçılarımızın fərqli həyat tərzi və istifadə vərdişlərinə uyğun dünya standartlarında insan və ətraf mühitə uyğun məhsullar yaratmaq və istehsal etməkdir.

Vizyonumuz yenilik və texnoloji inkişafları izləyərək məhsul keyfiyyətindəki göstəricini daima yüksəltmək, dünya markası olma yolunda əmin addımlar atmaq və bazarda lider şirkət olma nüfuzumuzu qorumaqdır. Bununla birlikdə, ixracat yönümlü layihələrimizlə Türkiyəyə xarici valyutanın daxil olmasını təmin etmə və qoyduğumuz sərmayələrlə iş qüvvəsi mənasında geniş məşğulluq avantajları yaradaraq, ölkə iqtisadiyyatına dəstək olmaqdır.

Keyfiyyət siyasəti

Milli və beynəlxalq rəqabət mühitində, müştərinin tələb və ehtiyaclarının təmin olunmasında məshulun sadəcə qənaətcil olması deyil, eyni zamanda keyfiyyətli, etibarlı olması, vaxtında çatdırılması da əhəmiyyətli rol oynayır.

Bu məqsədlə şirkətimiz; “SƏMƏRƏLİLİK VƏ MÜŞTƏRİ MƏMUNİYYƏTİ” şüarı ilə özünü daim təkmilləşdirərək, müştəri tələblərini iqtisadi, keyfiyyətli, etibarlı bir şəkildə və vaxtında təmin olunmasını əsas keyfiyyət siyasəti olaraq müəyyən etmişdir.

Ətraf mühit siyasəti

Mebel sektorunda fəaliyyət göstərən şirkətimiz, milli və beynəlxalq rəqabət mühitində və qloballaşan dünyada yenilikçi və çevrəyə hörmət edən bir nüfuzlu şirkət olaraq fəaliyyət göstərir. Bu məqsədlə; təbii resursların istehlakından rassional şəkildə istifadə etmək, ətraf mühiti çirkləndirən elementləri və ətraf mühit tullantılarını daim izləmək, qanunvericilik, qanun və qaydalar çərçivəsində davamlı inkişaf fəlsəfəsi ilə işləmək, bütün fəaliyyətlərimizi sənədləşdirmək və cəmiyyətimizlə bölüşmək əsas ekoloji siyasətimizdir.

İş gigiyenası və təhlükəsizliyi (İSG) siyasəti

‘‘Bütün personallarımız etibarlı bir şəraitdə işləməyə layiqdir‘‘ fəlsəfəsinə əsasən, İSG siyasəti aşağıdakı əsaslardan ibarətdir.

  • İşçilərimiz üçün daha etibarlı bir iş mühitini təmin edə bilmək üçün müəssisədə risk analiz layihələri həyata keçirərək, riskləri minimum səviyyəyə salmağı;
  • İSG tətbiqetmələri ilə əlaqədar daimi yaxşılaşdırma və təkmilləşdirmə işlərini həyata keçirməyi; Bütün işçilərin fərdi məsuliyyətlərini anlaya bilmələrini təmin etmək məqsədi ilə təlimlər keçməyi;
  • İş gigiyenası və təhlükəsizliyi qanunvericiliyi və əlaqədar qanunlara əsasən hərəkət etməyi;
  • Müəssisə hüdudları daxilində tədarükçü və subpodratlarımızı da yuxarıdakı əsaslar əsasında yönləndirməyi bəyan edir və öhdəmizə götürürük.
  • “Sama LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti
  • Hüquqi ünvanı: Azərbaycan, Bakı, AZ 3628, Nərimanov r-nu, Əhmədzadə ev 13
  • Telefon: *4646
  • E-mail: info@istikbal.com.az